Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın tütünçülük və emal sənayesində kəskin artım dinamikası qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin ilk 8 ayında (yanvar-avqust) ölkə üzrə 2 578,7 ton emal edilmiş tütün istehsal olunub. Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Bildirilir ki, sentyabrın 1-i vəziyyətinə anbarlarda 494,5 ton hazır məhsul ehtiyatı toplanıb.