Tuxel: “Argentina Messi üçün hər şeyini verir”

15.07.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel Argentina yığmasının Lionel Messiyə yanaşmasından danışıb.

Apasport.az xəbər verir ki, alman mütəxəssis DÇ-2026-nın yarımfinalında Argentina ilə keçiriləcək oyun öncəsi rəqib komandanın ən böyük üstünlüyünün birlik olduğunu bildirib.

Tuxelin sözlərinə görə, Cənubi Amerika komandalarında ailə ab-havası hökm sürür: “Belə futbolçularla işləməyin yolu budur. Təcrübəmə əsasən deyə bilərəm ki, braziliyalı və argentinalı oyunçular ailə mühitini sevirlər. Birgə yeməklər, manqal, möhkəm münasibətlər onların güclü tərəfidir. Bu hiss onlara əlavə motivasiya verir”.

Mütəxəssis bildirib ki, bu atmosferi Şimali Avropa komandalarında yaratmaq çətindir: “Düşünmürəm ki, bunu süni şəkildə yaratmaq mümkündür. Çünki mentalitet tamamilə fərqlidir. Argentinanın əsas gücü də məhz budur. Onlar Lionel Messi üçün hər şeylərini verməyə hazırdırlar. Hətta klublarında əsas ulduz olan futbolçular belə bunu tamamilə normal qarşılayırlar. Bu isə komandanı çox güclü edir”.

Qeyd edək ki, İngiltərə və Argentina milliləri bu gün DÇ-2026-nın yarımfinalında üz-üzə gələcəklər.

Fransa - İspaniya matçının ən yaxşısı: Pedro Porro Fransada 14 il sonra istefa: Deşam dövrü başa çatdı Ameddən yeni transfer – Türkiyə millisinin sabiq üzvü “Lids”dən 40 milyon avroluq transfer – Bosniyalı futbolçu Premyer Liqada Qrinvud rəsmən "Fənərbaxça"da - İstanbul nəhəngindən böyük transfer
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью