futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-nın seçmə mərhələsində Andorra qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:0 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Azarkeşləri daha çox coşdura bilərdik. Millinin oyunlarında Premyer Liqadakı kimi azarkeşlər olmur. Əla enerji var idi və oyun keyfiyyətimiz də yüksək idi. Sadəcə 2 yox, daha çox qol vura bilərdik.
İlk qoldan sonra çoxlu top itkilərimiz oldu. İkinci hissədə ritmi yaxaladıq və daha bir qol vurduq. Kifayət qədər epizod yaratsaq da, fərqlənə bilmədik”.