Tuxel inamlı qələbə ilə başladı, Rumıniya evdə uduzdu

22.03.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə görüşlər start götürüb.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutub.

Matçlar G, H və K qruplarında keçirilib. 

H qrupunda Bosniya və Herseqovina seçməsi səfərdə Rumıniya yığmasını yenib, Kipr San-Marinonun qonaq qismində sürpriz etməsinə imkan verməyib.

G qrupunda Polşa evdə Litvanı minimal hesabla məğlub edib. Bu qrupun digər qarşılaşması Maltada reallaşıb. Meydan sahibləri Finlandiya millisinə 0:1 hesabı ilə uduzublar.

K qrupunda Tomas Tuxelin rəhbərliyi altında ilk oyununa çıxan İngiltərə millisi öz meydanında Albaniyanı inamla üstələyib. Latviya isə rəqib meydanında Andorranın öhdəsindən çətinliklə gəlib.

Qeyd edək ki, Azərbaycan millisinin yer aldığı D qrupunun oyunları sentyabrın 5-də başlayacaq.

21 mart

H qrupu

Kipr San Marino 2:0
Qollar: Pittas, 55. Kakulis, 86.

Rumıniya Bosniya Herseqovina 0:1
Qol: Giqoviç, 14.

G qrupu

Malta Finlandiya 0:1
Qol: Antman, 38.

Polşa Litva 1:0
Qol: Levandovski, 81.

K qrupu

Andorra Latviya 0:1
Qol: Sit, 58.

İngiltərə Albaniya 2:0
Qol: Lyuis-Skelli, 20. Keyn, 77.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью