Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel dünya çempionatından sonra da vəzifəsində qalacaq.
QOL.az ESPN-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Argentina ilə yarımfinal oyununda 1:2 hesablı məğlubiyyətə baxmayaraq, yığmanı çalışdırmağa davam edəcəyini açıqlayıb:
"Dünya çempionatı bizim üçün hələ bitməyib. Qarşıda üçüncü yer uğrunda oyun var. Bundan sonra işimizi davam etdirəcəyik. Mənim müqaviləm ev sahibliyi edəcəyimiz Avro-2028-in sonuna qədərdir və həmin turniri səbirsizliklə gözləyirəm. Baxmayaraq ki, hazırda bu barədə düşünmək asan deyil".
ESPN-in yaydığı məlumata görə, İngiltərə Futbol Assosiasiyası 51 yaşlı baş məşqçiyə tam etimad göstərir. Gözlənilir ki, Tuxel İngiltərə, Şotlandiya, Uels, Şimali İrlandiya və İrlandiyanın birgə ev sahibliyi edəcəyi Avro-2028-ə hazırlıq prosesində də milliyə rəhbərlik edəcək.