TV də işarət dili: Şurada müzakirə getdi

21.05.2025

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Mayın 20-də Audiovizual Şurada dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçılarının nümayəndələri ilə görüş keçirilib.

Yenisabah.az xəbər verir ki, görüşdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və həmin dəyişikliklərə əsasən, informasiya proqramlarında işarət dilinin tətbiqi məsələsi müzakirə olunub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью