“Tvente” Qarabağ”la 17 il əvvəlki Bakı oyununu xatırladı Şəkillər

25.08.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Tvente” Qarabağ”la 17 il əvvəlki Bakı oyununu xatırladı - Şəkillər

“Tvente” “Qarabağ”la 17 il əvvəlki Bakı oyununu xatırladı

“Tvente” UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la Bakıda keçiriləcək cavab görüşü ərəfəsində komandaların 17 il əvvəlki qarşılaşmasını xatırlayıb.

QOL.az xəbər verir ki, Niderland klubunun rəsmi saytı 27 avqust 2009-cu ildə Bakıda keçirilən “Qarabağ” – “Tvente” matçı (0:0, ilk matç 1:3) ilə bağlı yazı dərc edib. Həmin vaxt komandalar UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə uğrunda mübarizə aparırdılar.

“Tvente”nin o vaxtkı futbolçuları Peter Visgerhof və Duqlas həmin qarşılaşma ilə bağlı xatirələrini bölüşüblər.

Duqlas Bakıya səfəri belə xatırlayıb:

“Uçuş kifayət qədər uzun idi, təxminən 5 saat. O vaxt belə səfərləri çox sevmirdim. Evdə 3:1 hesabı ilə qalib gəlmişdik, mən də qol vurmuşdum. Səfər oyununda isə çətinlik çəkdik. Matç 0:0 başa çatdı və növbəti mərhələyə yüksəldiki”.

Visgerhof isə həmin “Qarabağ”ın heyətində Vaqif Cavadovun oyununu xüsusi qeyd edib:

“Vaqif Cavadov “Qarabağ”da oynayırdı. O, fərdi keyfiyyətləri ilə diqqəti cəlb edən futbolçu idi. Yarım il sonra “Tvente”yə gəldi. Həmin vaxt Avropada tez-tez favorit olurduq. Demək olar ki, həmişə sabit 11-liklə oynayırdıq və itirəcək çox şeyi olmayan komandalarla qarşılaşırdıq. O vaxtkı “Qarabağ”ı indiki klubla müqayisə etmək mümkün deyil.”

O, “Qarabağ”la görüşün yaddaşında qaldığını da bildirib:

“Biz “Tvente” ilə Avropada kifayət qədər böyük oyunlar keçirmişik və onları həmişə xatırlayacaqsan. Amma “Qarabağ”la bu cür matçlar da yadda qalır”.


Yuxarı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью