Tyan Şan dağları gəl gəl deyir...

27.01.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

“Nyu York tayms” qəzeti 2026-cı il üçün Yer kürəsinin ən yaxşı 52 səyahət istiqamətləri üzrə siyahını dərc edib. Bu siyahıya Qırğızıstanın Tyan-Şan dağları da daxil edilib.

Qeyd edək ki, Tyan-Şan dağları həmin siyahıda sayca 31-ci yerdədir. Siyahıya ölkənin şərqindən qərbinə qədər uzanan, yüksək dağ keçidlərini, çay və gölləri, bir-birindən mənzərəli kəndləri və mövsümi yurd düşərgələrini birləşdirən Qırğızıstan Köçəri Qurşağı daxildir.

Tyan-Şan dağları macəra axtaranlar üçün geniş fürsətlər açır. Belə ki, onlar marşrut boyu sıldırım qayalar ilə müşayiət olunan yollardan keçəcək, firuzəyi Kel-Suu gölündən zövq alacaq, XV əsrə aid Taş-Rabat karvansarayı ilə tanış olacaqlar. 

Mütəxəssislər qeyd edirlər ki, Tyan-Şanın beynəlxalq turizm reytinqinə daxil edilməsi Qırğızıstana marağın artmasına, yerli turizmin inkişafına, xarici səyahətçilərin cəlb olunmasına kömək edəcək.

Məlumat üçün bildirək ki, Tyan-Şan (Tanrı Dağları) Orta Asiyada yerləşən böyük dağ sistemidir. Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Çinin Sincan-Uyğur Muxtar rayonuna qədər uzanır. Dünya şöhrətli İssık gölü Tyan-Şanın ətəklərində yerləşir.

Məsaim ABDULLAYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью