Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Atletiko”nun futbolçusu Tyaqo Almada karyerasını vətənində davam etdirəcək.
Apasport.az xəbər verir ki, “River Pleyt” argentinalı vingerin transferini rəsmiləşdirib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Buenos-Ayres təmsilçisi 25 yaşlı futbolçu üçün “Atletiko”ya 20 milyon dollar təzminat ödəyib. Almada ilə 2029-cu ilin sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, “Atletiko” Tyaqo Almadanı 2025-ci ilin yayında Braziliyanın “Botafoqo” klubundan 21 milyon avroya transfer etmişdi. Argentina millisinin üzvü Madrid təmsilçisinin heyətində bütün turnirlərdə 40 matça çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
“Liverpul” “Barselona”nın müdafiəçisini icarəyə götürür Yaponiya millisinin üzvü “Kristal Pelas”da Fransa klubunda yeni müqavilə - RƏSMİ Xabi Alonso “Çelsi”ni niyə seçdiyini açıqladı Premyer Liqadan La Liqaya