Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Braziliyanın “Fluminense” klubu müdafiəçi Tyaqo Silva ilə yeni müqavilə imzalayıb.
QOL.az xəbər verir ki, 42 yaşlı futbolçu ilə imzalanan sözləşmənin müddəti 2027-ci il iyunun 30-dək nəzərdə tutulub.
Qeyd edək ki, Tyaqo Silva bu ilin yayında “Portu”dan ayrıldıqdan sonra “Fluminense”yə qayıdıb. Təcrübəli müdafiəçi daha əvvəl də bu klubun formasını geyinib.
Braziliya millisinin sabiq üzvü cari mövsümdə “Fluminense”nin heyətində 16 rəsmi matçda meydana çıxıb. O, bu görüşlərdə 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Tyaqo Silva karyerası ərzində “Milan”, PSJ və “Çelsi” kimi klublarda çıxış edib. O, 2021-ci ildə “Çelsi” ilə UEFA Çempionlar Liqasının qalibi olub. Braziliya millisinin heyətində isə 2019-cu ildə Amerika Kubokunu qazanıb.