Tyeri Anridən Yamala xoş sözlər

03.05.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Fransa millisinin və "Arsenal"ın əfsanəvi sabiq futbolçusu Tyeri Anri "Barselona"nın ulduzu Lamin Yamal haqda danışıb. Sport24.az xəbər verir ki, o, bu barədə  "Evening Standard" portalına danışıb:

"Yamalın oyununu izləmək əladır, o, topa müntəzəm olaraq hakim ola bilir. Mükəmməl oyun sərgiləyir. Mən də ona bunu arzulayıram. Amma gəlin ona təzyiq etməyək.

Futbolda məni heyrətləndirən bir şey odur ki, siz həmişə Ronaldo və Messi, Qullit və Maradonadan daha yaxşı heç kimin olmadığını düşünürsünüz. Ancaq sonra meydana yeni ulduzlar, Yamal kimi gənclər çıxır".

Qeyd edək ki, Yamal bu mövsüm bütün turnirlərdə 49 matçda iştirak edib, 15 qol vurub və 24 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью