Tyerri Anri: “Salah real namizəd, Keyn namizəd, Dembele ehtimal...”

12.03.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Barselona"nın sabiq hücumçusu Tyerri Anri kataloniyalıların forvardı Rafinyanın "Qızıl top"a namizəd olması barədə danışıb. Sport24.az xəbər verir ki, o, bu barədə "Mundo Deportivo"ya açıqlama verib:

"Rafinya indi mənim üçün hamıdan öndədir. O, Çempionlar Liqasında 11 qol vurub. Salah real namizəd, Keyn namizəd, Dembele ehtimal... Əgər Çempionlar Liqasında yaxşı çıxış edirsənsə və liqanı da qazanırsansa, şübhəsiz ki, şansın var. Rafinya indi çoxlu qol vurub ki, onun da yalnız biri penaltidəndir".

Qeyd edək ki, Rafinya bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə ümumilikdə 41 matça çıxıb, 27 qol vurub və 19 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью