U 12 basketbol liqasında növbəti oyunlar keçirilib

01.04.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

12 yaşa qədər oğlanlar arasında keçirilən U-12 basketbol liqasında növbəti oyunlar yekunlaşıb.

İdman.biz xəbər verir ki, 3 turdan sonra A qrupunda "Naxçıvan", "Neftçi" və "Abşeron" komandaları 2 qələbə, 1 məğlubiyyətlə turnir cədvəlində ilk “üçlük”də qərarlaşıblar.

NTD, "Sabah" və "Sərhədçi" komandaları müvafiq olaraq 4-6-cı pillədədirlər.

B qrupunda isə, "Sumqayıt" və "Gəncə" maksimum nəticə ilə liderliklərini davam etdirirlər. "Quba", "Lənkəran", "Şəki" və "Ordu" turnir cədvəlində müvafiq olaraq, 3-cü, 4-cü, 5-ci və 6-sıranı tuturlar.

Qeyd edək ki, müntəzəm çempionatda A və B qruplarında ilk iki yeri tutacaq komandalar birbaşa pley-offa vəsiqə qazanacaqlar. Digər kollektivlər isə pley-ində mübarizəni davam etdirəcəklər.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью