U 14 və U 17 cüdoçular region birinciliyində qüvvəsini sınayacaq

17.06.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

20-21 iyun tarixlərində cüdo üzrə U-14 və U-17 yeniyetmələr arasında Şimal-Qərb regionu birincilikləri keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Qax Olimpiya İdman Kompleksində keçiriləcək yarışlarda ümumilikdə 184 cüdoçu mübarizə aparacaq.

Turnirlərin keçirilməsində əsas məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir.

U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью