U 15 boksçularımız Qazaxıstanda yarışacaqlar

06.08.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan boksçuları Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda məktəblilər (U-15) arasında keçiriləcək beynəlxalq turnirə qatılacaqlar.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, məşqçi Etibar Abdullayevin rəhbərliyi altında Sərxan Haqverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (+70 kq) rinqə çıxacaqlar.

Bu gün başlayacaq yarış 4 gün davam edəcək.

Qabil YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью