futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan milli komandası FIFA U-15 Dünya Çempionatı və Festivalında növbəti oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, oktyabrın 25-də Hövsan Yarış Kompleksində baş tutan qarşılaşmada millimiz Andorra yığmasını 1:0 hesabı ilə məğlub edib. Görüşdə yeganə qolu Həsən Məhmədov vurub.
Oyunu AFFA-nın prezidenti Rövşən Nəcəf və qurumun digər rəhbər şəxsləri izləyiblər.
Qarşılaşmadan sonra AFFA rəhbərliyi komanda üzvlərini qələbə münasibətilə təbrik edib.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə ilk oyununda Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub edib. Yığmamız növbəti oyununu bu gün 19:30-da Hövsan Yarış Kompleksində Avstraliya yığmasına qarşı keçirəcək.