U 15 Dünya Çempionatı Hövsanda hazırlıq işləri davam edir VİDEO

08.10.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) FIFA U-15 Dünya Çempionatı və Festivalı ilə bağlı infrastruktur işlərinin vəziyyəti barədə media nümayəndələri üçün tur təşkil edib.

Apasport.az xəbər verir ki, media turu çərçivəsində yarışın keçirilməsi üçün yaradılan infrastruktur və görülən hazırlıq işləri barədə ətraflı məlumat verilib.

“Neftqaztikinti” trestinin müdiri Qağaməli Seyfullayev görülən işlər, infrastrukturun hazırlıq vəziyyəti və həyata keçirilən layihələr barədə media nümayəndələrini məlumatlandırıb.

Qeyd edək ki, tarixdə ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-cı il oktyabrın 24-dən 30-dək Azərbaycanda təşkil olunacaq. Yarışın böyük əksəriyyətinin oyunları Hövsan Yarış Kompleksində keçiriləcək.

I Liqa: IV tura start verilib - YENİLƏNİB İntizam Komitəsinin iclası keçirilib Azərbaycan Kuboku: "Qaradağ Lökbatan"dan darmadağın - 12:0! - YENİLƏNİB Seneqallı hücumçu "Səbail"də AÇ: Azərbaycan yığması tarix yazdı - YENİLƏNİB
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью