U 15 dünya çempionatı: MİLLİMİZDƏN DARMADAĞIN

24.10.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalına qələbə ilə başlayıb.

Apasport.az xəbər verir ki, yığmamız turnirdə ilk oyununda Timor-Leste komandasına qarşı keçirib.

Bakı Kristal Zalında keçirilən qarşılaşmada təmsilçimiz rəqibini 6 cavabsız qolla darmadağın edib - 6:0.

Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalı oktyabrın 30-dək davam edəcək. FIFA-ya üzv 189 ölkənin komandalarının iştirak etdiyi yarış çərçivəsində 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulur.

Azərbaycan millisi oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında təşkil olunacaq.

Yığmamız oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti ilə üz-üzə gələcək.

“Kəpəz”dən əzmkar qələbə - YENİLƏNİB İnfantino: “Azərbaycana təşəkkürümü bildirirəm” İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksində Rəşad Sadıqov: “Bunu çözə bilmirik” Filipo Kandido: “Asan oyun yoxdur”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью