U 15 lərimiz bu gün İsraillə oyun keçirəcək

26.10.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında bu gün daha 2 matç keçirəcək.

"Yeni Sabah" xəbər verir ki, komanda saat 11:30-da İsrail millisi ilə qarşılaşacaq.

U-15 millisi ikinci görüşü saat 18:15-də Haiti yığması ilədir. Pepperoni pizza

Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.

Xatırladaq ki, U-15 millimiz daha əvvəl keçirdiyi görüşlərdə Timor-Leste yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.

Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью