Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Kadet boksçular (U-15) arasında Azərbaycan Kuboku keçiriləcək. Sentyabrın 1-də start götürəcək yarışda zona birinciliklərinin final mərhələsində fərqlənən idmançılar güclərini yoxlayacaqlar.
U-15 Azərbaycan kubokuna 39 komandanın 97 boksçusu qatılacaq. 17 çəki dərəcəsində 4 gün davam edəcək yarışın qalibləri Avropa çempionatında ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, U-15 Avropa çempionatı oktyabrda Trabzonda təşkil olunacaq.
Qabil ƏLİYEV
XQ