U 16 millimiz dünya çempionatı öncəsi sonuncu təlim məşq toplanışını keçirəcək

13.10.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisi FIFA U-15 Dünya Çempionatı və Festivalı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

U-16 millisi oktyabrın 16-dan 18-dək Bayıl İnkişaf Mərkəzində hazırlıq keçəcək. Toplanışa 16 futbolçu dəvət olunub.

Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 22-dən 30-dək ölkəmizdə keçiriləcək.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью