U 17 autsayderə qarşı

18.03.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının II seçmə mərhələsində bu gün Malta ilə qarşılaşacaq. Sport24.az xəbər verir ki, B Liqasının II qrupunda yer alan komandaların oyununu portuqaliyalı baş hakim Filipa Pereyra Kunya idarə edəcək.

Qrupun digər matçında eyni vaxtda Lüksemburq və Bolqarıstan kollektivləri üz-üzə gələcəklər.

Lüksemburq 6 xalla qrup lideridir. Azərbaycan və Bolqarıstan 3 xalla 2-ci və 3-cü pillələri bölüşür. Maltanın isə hesabında xal yoxdur.

Qeyd edək ki, Nərgiz Qurbanovanın rəhbərlik ediyi Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi görüşlərdə Lüksemburqa 0:5 hesabı ilə məğlub olub, Bolqarıstana isə qalib gəlib - 3:2.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью