U 17 Azərbaycan millisi AVRO 2027 seçmə mərhələsini məğlubiyyətlə başa vurdu

04.10.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2027-nin seçmə mərhələsində son oyununu keçirib.

İdman.Biz xəbər verir ki, B1 qrupunun son turunda yığmamız Albaniya millisi ilə qarşılaşıb və 2:7 hesabı ilə məğlub olub.

Azərbaycan futbolçuları daha əvvəl İrlandiyaya 0:16, Kosovoya isə 3:8 hesabı ilə uduzublar.

Beləliklə, millimiz seçmə mərhələni üç məğlubiyyətlə başa vurub.

B1 qrupunun bütün oyunları Albaniyanın Roqojina şəhərində keçirilib.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью