U 17 boksçularımız Türkiyədə təlim keçəcək

28.08.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

U-17 boks komandamız Avropa çempionatına hazırlıq məqsədilə Rizədə təlim-məşq toplanışı keçəcək.

Məlumata görə, məşqçilər korpusu U-17 Avropa çempionatı öncəsi son hazırlıqda 13 boksçunu yoxlayacaq. Azərbaycan, Türkiyə və Gürcüstan yığmalarının qatılacağı beynəlxalq toplanış sentyabrın 7-də yekunlaşacaq.

Qeyd edək ki, Rizədə sınaq döyüşləri də planlaşdırılır.

Qabil YUSİFOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью