U 17 DÇ: Azərbaycanın 6 güləşçisindən 3 ü məğlub olub YENİLƏNİR

01.08.2026

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatı davam edir. 

Apasport.az xəbər verir ki, yarışın altıncı günündə Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq. Onlardan üçü artıq məğlubiyyətlə üzləşib.

71 kq çəki dərəcəsində çıxış edən Turan Quliyev təsnifat mərhələsində qazaxıstanlı Adilet Risbaya 2:3 hesabı ilə uduzub.

48 kq-da Hüseyn Rzazadə ikinci təsəlliverici görüşdə ABŞ təmsilçisi Kuper Deputiyə 1:12 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

92 kq çəki dərəcəsində yarışan Elgün Kərimli isə təsnifat mərhələsində Hindistan təmsilçisi Sakşam Fnu ilə qarşılaşıb. Görüş 5:5 hesabı ilə başa çatsa da, təmsilçimiz sonuncu xal prinsipinə əsasən məğlub olub.

Digər güləşçilərimizdən Tunar Həsənov (45 kq), İbrahim Həsənov (51 kq) və Elcan Həsənov (60 kq) 1/8 final mərhələsində mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi indiyədək U-17 dünya çempionatında 6 medal qazanıb. Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medala sahib olublar.

U-17 DÇ: Azərbaycan güləşçisi ilk görüşdə uduzdu DÇ U17: Güləşçimiz ilk döyüşündə məğlub oldu U-17 dünya çempionatı – 7 güləşçimiz xalçaya çıxacaq Gülxanım və Fatimə üçün bürünc medal şansı U-17 DÇ: Fatimə Bayramova yarımfinala yüksələ bilmədi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью