U 17 DÇ: Qaratel Quliyeva ilk görüşdə məğlub oldu

29.07.2026

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın daha bir qadın güləşçisi mübarizəni dayandırıb.

Apasport.az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Qaratel Quliyeva təsnifat mərhələsində isveçrəli Delya Qislerə 2:3 hesabı ilə məğlub olub.

Bununla da Azərbaycan təmsilçisi dünya çempionatında çıxışını erkən başa vurub.

Qaratel Quliyevanın təsəlliverici görüşə vəsiqə qazanması üçün rəqibinin finala yüksəlməsi lazımdır.

Dünya çempionatında ilk medal Elmir Çərkəzov yarımfinalda dayandı – Bürünc medal uğrunda güləşəcək DÇ: Abdurrahman Hüseynli finalda! DÇ: Əli Cavadlı finala yüksəldi - İranlı rəqibi görüşə çıxmadı DÇ: Nadir Həsənov ikinci döyüşündə məğlub oldu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью