U 17 DÇ: Tunar Həsənov 1/4 finalda dayandı

01.08.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın sərbəst güləşçisi Tunar Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında 1/4 final mərhələsində məğlub olub.

Apasport.az xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançı Gürcüstan təmsilçisi Luka Dotiaşviliyə 4:5 hesabı ilə uduzub.

Tunar Həsənov 1/8 finalda bolqarıstanlı Radoslav Velikovu 4:1 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

Hüseyn Rzazadə mundiala məğlubiyyətlə başladı – İlk görüşdə uduzdu Güləşçimiz DÇ-də mübarizəni dayandırdı - Təsəlliverici görüşdə məğlub oldu U-17 DÇ: Azərbaycan güləşçisi ilk görüşdə uduzdu DÇ U17: Güləşçimiz ilk döyüşündə məğlub oldu U-17 dünya çempionatı – 7 güləşçimiz xalçaya çıxacaq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью