U 17 futbol millimiz litvalılara tən gəlib

17.11.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2026/2027 mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raundunda növbəti oyununu keçirib.

Emin Mustafayevin baş məşqçi olduğu komanda Litvanın müvafiq yaş qrupundan olan yığması ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. 65-ci dəqiqədə Rəsul Balakişiyev bərabərlik qoluna imza atıb.

Xatırladaq ki, bir gün əvvəl futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Andorra seçməsini 3:1 hesabı ilə üstələyib. Enkamp şəhərində təşkil olunan qarşılaşmada komandamızın qollarını Eşqin Əhmədov (2), Musa Qurbanlı (47) və Toral Bayramov (70-pen.) vurublar. Ev sahiblərinin heyətində isə Rikard Fernandes (55) fərqlənib.

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью