U 17 ilk oyunda uduzdu

14.04.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

17 yaşadək oğlan futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirindəki ilk oyununda məğlub olub.

Fanat.Az xəbər verir ki, U-17 meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

“Zimbru” stadionunda keçirilən görüş Moldova yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, milli turnirdə növbəti matçlarını aprelin 16-da Gürcüstan, 19-da isə Estoniya ilə keçirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью