Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bir neçə gün əvvəl U-17 liqası çərçivəsində "Neftçi" ilə "Vətən" arasındakı matçda baş verən insidentin iştirakçılarından biri ilə bağlı yeni məlumat var.
Fanat.Az-ın əldə etdiyi məlumatına görə, əlbəyaxa dava həddinə çatan qalmaqalın iştirakçısı olan "Vətən"in baş məşqçisi Elvin Həsənovu məlum hadisəyə görə postundan uzaqlaşdırıblar.
"Neftçi"nin baş məşqçisi Asif Ramazanovun döyülməsi ilə nəticələnən davanın səbəbkarı məhz Həsənov olub.
Belə ki, oyunun gedişində futbolçular arasında bir neçə dəfə mübahisə yaşanıb.
Epizodların birində "Vətən"in baş məşqçisi rəqib futbolçuya sərt şəkildə irad bildirib.
Rəqib baş məşqçinin futbolçunun ünvanına dediyi sözü isə "Neftçi"nin baş məşqçisi Asif Ramazanov eşidərək həmkarına etiraz edib.
Bu zaman Həsənov Ramazanovu söyüb. Nəticədə tərəflər arasında mübahisə davaya çevrilib.