U 17 millimiz İnkişaf Kubokunda sonuncu oyununu keçirib

21.02.2025

Icma.az bildirir, Cbcsport portalına istinadən.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda sonuncu oyununu keçirib.

U-17 üçüncü yer uğrunda görüşdə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью