U 17 millisi Gəncədə

22.09.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Futbol üzrə Azərbaycanın 17 yaşadək qızlardan ibarət milli komandası Gəncə şəhərində təlim-məşq toplanışını davam etdirir.

Futbolpress.az xəbər verir ki, “Kəpəz” PFK-nın bazasında məskunlaşan yığma komanda hazırlıq prosesini Gəncə şəhər stadionunun ehtiyat meydançasında həyata keçirir.

Hazırlıq planına əsasən, U-17 millisi toplanış çərçivəsində yoxlama görüşünə çıxacaq. Qızlardan ibarət yığmamız “Kəpəz” klubunun oğlanlardan ibarət U-14 komandası ilə gücünü sınayacaq. Qarşılaşma sentyabrın 24-də, saat 16:00-da baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью