U 17 və U 19 millilərimizin rəqibləri məlum olub

10.06.2025

Icma.az, Apasport portalına istinadən məlumat verir.

17 və 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2025/2026 mövsümü üzrə Avropa çempionatının birinci mərhələsinin püşkü atılıb.

Apasport.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millilərinin rəqibləri müəyyənləşib.

B Liqasının 1-ci qrupunda yer alan U-17 Uels, Kosovo və Moldova yığmaları ilə mübarizə aparacaq.

B Liqasının 5-ci qrupunda qərarlaşan U-19 isə Sloveniya, Şimali Makedoniya və Gürcüstan seçmələri ilə qarşılaşacaq.

Oyunlar bu ilin payızında keçiriləcək. Turnirin təşkil olunacağı ölkə və tarixlərlə bağlı daha sonra məlumat veriləcək.

U-17 yığmamız Gürcüstanla yoxlama oyunu keçirəcək Günün canlı yayımlanacaq matçları Azərbaycan millisi macarlara qarşı - YENİLƏNİR Premyer Liqa klubunda növbəti ayrılıq Santuş: "Komandamı macarlara qarşı hazırlamışam"
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью