U 19 millisi böyük hesabla məğlub oldu

14.11.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası U-19 Avropa Çempionatının seçmə mərhələsində növbəti matçını keçirib.

Futbolpress.az xəbər verir ki, yığmamız səfərdə Serbiya U-19 komandası ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə Dimitrije Şariç 40-cı dəqiqədə penaltidən hesabı açıb. Fasilədən sonra isə serblər üstünlüklərini daha da artırıblar. David Milovanoviç və Yovan Ostojit fərqlənərək matçın yekun hesabını müəyyənləşdiriblər.

Qeydə alınan nəticə:

U-19 Avropa Çempionatı • Seçmə mərhələ

Liqa B, Qrup 1

Serbiya U-19 – Azərbaycan U-19 4:0

Qollar: Dimitrije Şariç, 40 (pen.), David Milovanoviç, 70, Yovan Ostojit, 72, 78

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью