U 19 Moldova yığmasına qalib gəldi

16.09.2025

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununa çıxıb.

Apasport.az xəbər verir ki, U-19 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

CPSM stadionunda təşkil olunan görüş komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 26-cı dəqiqədə Xanım Əsədova hesabı açıb. Millimizin digər qolu isə 36-cı dəqiqədə avtoqol kimi qeydə alınıb.

Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu sentyabrın 18-də eyni stadionda keçiriləcək.

ÇL: “Qarabağ” “Benfika” səfərində - YENİLƏNİR Kadi Borges: “Ən yaxşı oyunlarımızdan birini oynayacağıq” Qurban Qurbanov: “İstədiyimiz kimi hazırlaşa bilmədik” Dino Ndlovu: “Qarabağ”da hər zaman xarakter var” “Benfika”nın baş məşqçisi: Məqsədimiz qalib gəlmək və azarkeşlərə unudulmaz Avropa gecəsi yaşatmaqdır
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью