Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
19 yaşadək qızlardan futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu kollektiv bu gün Gürcüstan yığması ilə üz-üzə gələcək.
Xorvatiyanın Luçko şəhərində baş tutacaq görüş Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Xatırladaq ki, U-19 daha əvvəl Xorvatiyaya 0:6, Çexiyaya 0:9 hesabı ilə uduzub.