U 20 DÇ nin tarixləri bilindi

22.10.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında təşkil olunacaq FIFA U-20 Dünya Çempionatının keçiriləcəyi tarixlər bəlli olub.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Turnir 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək təşkil olunacaq. Ümumilikdə 24 yığma komandanın mübarizə aparacağı yarışın rəsmi brendi və şüarı da artıq ictimaiyyətə təqdim edilib. Gənc futbolçuları və azarkeşləri tarix yazmağa səsləyən turnirin rəsmi devizi “Bu oyun sənlikdir” kimi müəyyənləşib.

Brendin təqdimatı çərçivəsində FIFA U-20 Dünya Çempionatı 2027-nin rəsmi vizual görüntüləri Bakının tarixi simvollarından olan Qız qalası və Bakı Olimpiya Stadionunun üzərində xüsusi işıq proyeksiyası vasitəsilə nümayiş etdirilib.

Qarşıdan gələn turnirin matçlarını stadiondan canlı izləmək istəyən fanatlar bilet satışı ilə bağlı yenilikləri izləmək üçün “FIFA.com/tickets” səhifəsindən qeydiyyatdan keçə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью