U 20 ilk oyunda qazandı

09.06.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, U-20 Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Bu, U-20-nin baş məşqçi Ruy Jorjenin rəhbərliyi altında ilk matçı olub.

Qəbələ şəhər stadionunda təşkil olunan görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində qolu 32-ci dəqiqədə Hikmət Cəbrayılzadə vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью