U 20 nin növbəti sınağı

20.11.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət mili komandası Bakıda təşkil olunan təlim-məşq toplanışında 2-ci yoldaşlıq oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, Ruy Jorjenin baş məşqçisi olduğu kollektiv bu gün İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq.

Komandalar arasında noyabrın 17-də Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçirilən ilk oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью