U 20 təlim məşq toplanışı keçirəcək

02.04.2026

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Aprelin 13-dən 26-dək 20 yaşadək futbolçulardan ibarət yığmanın təlim-məşq toplanışı keçiriləcək.

"Football-plus" xəbər verir ki, toplanış 2027-ci ildə Azərbaycanla Özbəkistanın birgə evsahibliyi edəcəyi U-20-lər arasında dünya çempionatına hazırlıq məqsədi daşıyır.
Qeyd olunan təlim-məşq toplanışı ilə bağlı futbolçuların düşərgəyə cəlb olunmasını təmin etmək məqsədilə AFFA və PFL-in təşkilatçılığı ilə keçirilən müvafiq liqaların təqvimində dəyişiklik edilə bilər. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью