Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Mayın 30-da ölkənin əsas və U-21 yığmaları arasında yoldaşlıq görüşü keçiriləcək. Bu barədə AFFA rəsmi saytında paylaşım edib.
Bəs bu oyunun keçirilməsi kimin təşəbbüsüdü - Ayxan Abbasovun, yoxsa Fernando Santuşun? Sualı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədliyə ünvanladıq:
“Hər iki tərəfin bu oyunun keçirilməsində təşəbbüsü oldu. Məqsəd qarşıdakı oyunlara daha yaxşı hazırlaşmaqdı”.
MÜZƏFFƏR QULUZADƏ