U 21 in Belarusla oyunun vaxtı və məkanı müəyyənləşdi

22.05.2025

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Belarus yığması ilə keçirəcəyi yoldaşlıq oyununun yeri və başlama vaxtı müəyyənləşib. Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyunun 2-də Minskə yollanacaq U-21 ayın 4-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Görüş Baranoviçi şəhər stadionunda, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

Qeyd edək ki, milli hazırlıq çərçivəsində iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 komandası ilə yoldaşlıq görüşü keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью