Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Ayxan Abbasov “sükan arxasına” keçəndən sonra heç bir rəqibə uduzmayan U-21 bu gün növbəti sınaq qarşısındadı.
Ümid milli Baranoviçi şəhər stadionunda belaruslu həmyaşıdları ilə qarşılacaq.
“Football-plus.az” xəbər verir ki, oyuna marağı nəzərə alan “CBC Sport” Nurlan Valehoğlunun şərhçiliyi ilə Minskdən birbaşa yayın təşkil edəcək. Bu barədə kanal sosial şəbəkə platformalarında paylaşım edib.
Xatırladaq ki, oyun 20.00-da start götürəcək.
MÜZƏFFƏR QULUZADƏ