U 21 millilərinin məşqçiləri yenilənir

16.03.2025

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalara yeni baş məşqçilər təyin olunub.

Azərbaycanın U-21 yığması Ayxan Abbasova tapşırılıb. O, bu postda Samir Əliyevi əvəzləyib. Mütəxəssislə müqavilənin müddəti 2 illik nəzərdə tutulub.

Elxan Abdullayev U-19, İlham Yadullayev U-18 (2008-ci il təvəllüd), Aqil Nəbiyev isə U-17 (2009-cu il təvəllüd) yığmalarının sükanı arxasına keçiblər. Onların hər biri ilə 2025-ci ilin sonuna kimi müqavilə imzalanıb.

L.AZAD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью