U 21 millimiz Bəhreynlə yoldaşlıq matçı keçirəcək

06.06.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq matçında qüvvəsini sınayacaq.

İdman.Biz xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv Bəhreynlə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью