U 21 millimiz Çexiya ilə bərabərə qaldı

25.09.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, B qrupunda yarışan Rəşad Eyubovun komandası 8-ci turda Bakıda qrup ikincisi Çexiya millisi ilə üz-üzə gəlib.

“Bank Respublika Arena”da keçirilən görüşü irlandiyalı FIFA referisi Aaron Odoud idarə edib.

Oyun 1:1 hesabı ilə yekunlaşıb.

17:45. Azərbaycan – Çexiya (1:1)

Qollar: Filip Lissah, 38 (0:1), Eşqin Əhmədov, 45 (1:1)

Qeyd edək ki, U-21-in seçmə mərhələdə növbəti matçı sentyabrın 30-da səfərdə Şotlandiyaya qarşı olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью