Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Sportal.az xəbər Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv Oman seçməsi ilə üz-üzə gəlib. "Bank Respublika Arena"da keçirilən qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisinin heyətində Niyazi Osmanov 2 qol vurub.
Bu komandalar noyabrın 17-də daha bir hazırlıq matçı keçirəcəklər. Görüş saat 17:00-da başlayacaq.
saytlarin hazirlanmasi