U 21 millimiz Şotlandiyaya qarşı

14.10.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün dördüncü oyununa çıxacaq.

QOL.az xəbər verir ki, B qrupunda yer alan millimiz Bakıda Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Dalğa Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq. Matçı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, millimiz bunadək səfərdə Portuqaliya və Çexiyaya eyni hesabla -  0:5 uduzub, Bakıda Bolqarıstanla 1:1 hesablı heç-heçə edib.

 
14 oktyabr
19:00.Azərbaycan (U-21) - Şotlandiya (U-21)

Baş hakim: Sayat Karabayev
“Dalğa Arena”

20:00. Bolqarıstan (U-21) - Çexiya (U-21)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью