U 21 millimizin sabiq üzvü Qırğızıstana yollandı

25.01.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Millinin sabiq üzvü karyerasını Qırğızıstanda davam etdirəcək. Sport24.az Sportal.az-a istinadən xəbər verir ki, vaxtilə U-21-in formasını geyinmiş Dmitri Nağıyev bu ölkənin iddialılarından olan "Muras Yunayted"lə müqavilə imzalayıb.

Dmitri "Qarabağ Vyana", "Dnepr", "Sumqayıt", "Ştumbars", "Dinamo-Avto", "İnqulets", "Obolon", "Minay" komandalarında oynayıb.

Qeyd edək ki, iki gün öncə "Zirə"və "Şamaxı"nın sabiq üzvü Ramin Əhmədov da Qırğızıstan klubu ilə anlaşmışdı. O, bu ölkənin "Alay" klubuna keçmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью