futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.
Futbolpress.az xəbər verir ki, Rəşad Eyubovun rəhbərlik etdiyi kollektiv səfərdə Şotlandiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Kilmarnok şəhərində, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Yığma 8 oyundan sonra 7 xalla beşinci, Şotlandiya isə 11 xalla dördüncü pillədə qərarlaşıb.
Azərbaycan millisi bir neçə gün əvvəl Bakıda Çexiya ilə heç-heçə edib (1:1).